0
Cümə axşamı
Fev 12

Premyer Liqa klubu beş ay əvvəl təyin olunan baş məşqçini qovdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Nottingem Forest" baş məşqçisi Şon Dayçla yollarını ayırıb.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Şon Dayça və onun heyətinə klubda olduqları müddətdə göstərdikləri səylərə görə təşəkkür edirik və gələcəkdə onlara uğurlar arzulayırıq", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis ötən ilin oktyabr ayında bu posta təyin olunmuşdu. Onunla bu ilin sonuna qədər müqavilə bağlanmışdı.

Şərhlər (0)

Şərh yaz