0
Cümə
Fev 13

Qonşuların toyuq mübahisəsinin qanlı sonu - Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Sumqayıtda ahıl qadını öldürməkdə təqsirlədirilən Mikayıl Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

King.Az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin qərarı ilə M.Şərifov 18 il azadlıqdan məhrum edilib.

İttiham materiallarına əsasən, M.Şərifov Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan qonşusu, 66 yaşlı Mehparə İmanqulu qızı Ələkbərovanı xüsusi amansızlıqla qətlə yetirməkdə günahlandırılır.

İstintaq sənədlərində qeyd olunur ki, hadisədən əvvəl M.Ələkbərovanın toyuqları qəfil tələf olub. Qadın quşların M.Şərifov tərəfindən zəhərləndiyini iddia edib və bu səbəbdən tərəflər arasında ciddi mübahisə yaranıb.

Narkotik və spirtli içki asılılığı olan Mikayıl sərxoş vəziyyətdə Mehparə Ələkbərova ilə mübahisə edib. M.Şərifov münaqişə vaxtı qadının əlindəki kərkini alaraq onun baş, sifət və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Şərifov saxlanılaraq istintaqa təhvil verilib.

Şərhlər (0)

Şərh yaz