Maştağanın bəzi ərazilərində işıq olmayacaq.
King.Az xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb.
"Fevralın 19-da Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. Təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
Oxşar Mövzular
Niderlandda polis narkotikdən hazırlanmış heykəl tapdı
24-11-2024, 17:54Avtobusların qrafiki dəyişdi - Bu saata qədər işləyəcəklər
23-02-2025, 22:32FIFA Türkiyə klubuna transfer qadağası qoyub
19-11-2024, 21:06