0
Cümə
Fev 20

Dünyanın ən gözəl qadını narkotik satan mağazadan çıxarkən görüntülənib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Paparatsiyalar supermodel Bella Hadidi narkotik vasitələrin (kannabis) satışı ilə məşğul olan mağazanın yaxınlığında görüntüləyiblər.

King.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bir müddət əvvəl "dünyanın ən gözəl qadını" seçilmiş model kannabis (çətənə) məhsullarının satışı üzrə ixtisaslaşmış mağazadan çıxarkən obyektivlərə tuş gəlib. Onun yanında agenti və yaxın dostu Cozef Tornton-Allan da olub.

Qeyd edək ki, Bella Hadid uzun illərdir xroniki Laym xəstəliyindən əziyyət çəkir. O, bu xəstəliklə mübarizəsi barədə dəfələrlə açıq şəkildə danışıb və müalicə prosesini sosial şəbəkə hesablarında nümayiş etdirib.

Tibbi kannabis məhsulları bir çox ölkələrdə xroniki ağrıların idarə olunmasında köməkçi vasitə kimi istifadə edilir.

Şərhlər (0)

Şərh yaz