Böyük Britaniya Kralı III Çarlz vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə həbs edilən qardaşı, keçmiş şahzadə Endryu Mauntbetten-Vindzorun amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinin araşdırılmasında polislə tam əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə monarxın Bukingem sarayı tərəfindən yayımlanan bəyanatında qeyd olunub.
"Mən Endryu Mauntbetten-Vindzorun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi şübhəsi ilə bağlı xəbəri dərin narahatlıqla qarşıladım. Hesab edirəm ki, hazırda tam, ədalətli və əsaslı bir proses həyata keçirilməli, bu məsələ müvafiq orqanlar tərəfindən lazımi qaydada araşdırılmalıdır. Əvvəllər də qeyd etdiyim kimi, onlar mənim səmimi əməkdaşlığıma və köməyimə arxalana bilərlər", - deyə kralın bəyanatında vurğulanıb.
Qeyd edək ki, fevralın 19-da saxlanan şahzadə Endryu 12 saatdan sonra sərbəst buraxılıb.
Oxşar Mövzular
Lautaro Martines "İnter"də rekorda imza atdı
9-04-2025, 12:30