0
Şənbə
Fev 21

Barselonanın simvolu maksimum hündürlüyə çatdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Müqəddəs Ailə Kilsəsi (Saqrada Familiya bazilikası) tikinti tarixində maksimum nəzərdə tutulan hündürlüyə çatıb.

King.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.

İsa Məsihə həsr olunmuş mərkəzi qüllənin zirvəsinə xaç quraşdırılıb və məbədin hündürlüyü hazırda 172,5 metr təşkil edir. Bu, layihə üzrə planlaşdırılan son hündürlükdür.

Agentlik qeyd edir ki, bu mərhələ ilə obyekt tamamlanmaya xeyli yaxınlaşıb. Bununla belə, mərkəzi qüllədə daxili işlər hələ də davam edir.

Xatırladaq ki, ötən il Saqrada Familiya dünyanın ən hündür xristian məbədi statusunu qazanıb. Məbədin tikintisinə 1882-ci ildə kataloniyalı memar Antoniyo Qaudinin layihəsi əsasında başlanılıb.

Şərhlər (0)

Şərh yaz