0
Bazar ertəsi
Fev 23

KİV: Meksikada narkokartelin rəhbəri zərərsizləşdirildikdən sonra küçə döyüşləri başlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Dünyanın ən güclü narkobaronlarından olan, "Xalisko Yeni Nəsil" kartelinin "El Menço" ləqəbli liderinin zərərsizləşdirilməsindən sonra Meksikanın səkkiz ştatında talanlar başlayıb.

King.Az-ın "Milenio" qəzetinə istinadən verdiyi xəbərə görə, Meksika və ABŞ təhlükəsizlik qüvvələri tərəfindən helikopterlərin iştirakı ilə xüsusi əməliyyat keçirilib və bundan sonra şiddətli atışma başlayıb.

Meksika Müdafiə Nazirliyi "El Menço"nun təcili yardım helikopteri ilə nazirliyin xəstəxanasına aparılarkən yolda öldüyünü dəqiqləşdirib. Liderlərinin ölüm xəbərindən dərhal sonra kartel üzvləri müharibə elan edib və mülki şəxsləri öldürməyə and içiblər.

Kartel üzvləri Milli Qvardiyanın bazasına hücum ediblər, səkkiz ştatda toqquşmalar başlayıb.

Şərhlər (0)

Şərh yaz