ABŞ İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi bazalarda döyüş təyyarələrinin sayını əhəmiyyətli dərəcədə artırıb.
King.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Financial Times" yazıb.
Peyk görüntülərinə və ekspert qiymətləndirmələrinə əsasən, İordaniyadakı bazada azı 66 hərbi təyyarə yerləşdirilib. Onların arasında "F-35", "F-15" qırıcıları, "A-10" hücum təyyarələri, eləcə də "EA-18" radioelektron mübarizə və nəqliyyat təyyarələri var.
Səudiyyə Ərəbistanındakı bazalarda da "E-3" AWACS tipli erkən hava xəbərdarlığı təyyarələri və ağır nəqliyyat təyyarələrinin sayı artıb.
Qeyd olunub ki, Vaşinqton Yaxın Şərqdə mümkün hərbi əməliyyat ssenariləri üçün geniş hava qüvvələri formalaşdırır.
Oxşar Mövzular
BRICS ölkələri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib
23-10-2024, 22:22Kembric lüğəti "ilin sözü"nü açıqlayıb
21-11-2024, 12:21"YouTube" ucuz "Premium" abunəliyini təqdim etdi
7-03-2025, 10:55