0
Çərşənbə axşamı
Fev 24

Trampdan danışıqlar öncəsi Tehrana XƏBƏRDARLIQ: "Razılaşmasaq nəticələr ağır olacaq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə üstünlük verəcəyini bildirib, eyni zamanda İslam Respublikasını yenidən güc tətbiq etməklə hədələyib.

King.Az xəbər verir ki, bunu Ağ Ev lideri "Truth Social"da ABŞ-nin İrana qarşı hərbi əməliyyat ehtimalı ilə bağlı statusunda qeyd edib:

"Qərarı verən mənəm. Razılaşma bağlamamaqdansa, razılığa gəlməyi üstün tuturam. Əgər razılaşmasaq, təəssüf ki, nəticələr İran xalqı üçün çox ağır olacaq. Amma mən belə bir şeyin olmasını istəmirəm. Çünki İran xalqı böyük və gözəl xalqdır. Onların başına belə bir pis hadisə gəlməməlidir".

Xatırladaq ki, İran və ABŞ nümayəndə heyətləri arasında yeni görüşlərin fevralın 26-da Cenevrədə keçiriləcəyi gözlənilir.

Şərhlər (0)

Şərh yaz