İranın İsfahan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
King.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Xomeynişəhr yaxınlığındakı Dorçe şəhərində helikopter qəzaya uğrayıb", - deyə nəşr məlumat yayıb.
Məlumata görə, helikopter İran ordusuna məxsus olub və təlim məqsədləri üçün istifadə edilib.
Qəza zamanı həm pilotun, həm də köməkçi pilotun həlak olduğu bildirilir.
Qəzanın səbəbi ilə bağlı təfərrüat hələlik rəsmi olaraq açıqlanmayıb.
Oxşar Mövzular

Nağd pul və kart dövrü bitir: QR-ödənişlərin üstünlükləri nələrdir?
11-01-2026, 17:36
Gündəlik Bürclər-(04.11.2025)
4-11-2025, 00:00Vaşinqtonda miqrant həbsləri 10 dəfədən çox artıb
24-08-2025, 14:47