0
Çərşənbə axşamı
Fev 24

Fuat Oktay: "ABŞ-İran gərginliyi bölgəni qeyri-müəyyənliyə sürükləyir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Türkiyə Cənubi Qafqazdakı sabitliyin İran, Rusiya və Ukraynada da əldə edilməsini istəyir".

King.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuat Oktay jurnalistlərə açıqlayıb.

"Rusiya-Ukrayna müharibəsi ilə ABŞ-İran gərginliyi bölgəni qeyri-müəyyənliyə sürükləyir. Gərginliyin azaldılması üçün prezidentlərimiz və xarici işlər nazirlərimizin sıx təmasları davam edir. Bu təmaslar parlamentlər səviyyəsində də fəal həyata keçirilməlidir".

Qeyd edək ki, Fuat Oktay Bakıda səfərdədir.

Şərhlər (0)

Şərh yaz