0
Çərşənbə
Fev 25

Panamada arxeoloqlardan maraqlı KƏŞF

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Panamanın Kokle vilayətində yerləşən El-Kanyo abidə ərazisində arxeoloqlar yaşı 1000 ildən çox olan qəbir aşkar ediblər. Qəbir qızıl bəzək əşyaları və keramika məmulatları ilə zəngin olub.

King.Az bu barədə "Arkeonews" nəşrinə istinadən xəbər verir.

Qəbir hələ 2009-cu ildə aşkarlansa da, çoxsaylı metal qalıqları səbəbindən onun strukturu yalnız indi tam şəkildə öyrənilə bilib. Dəfnin 800-1000-ci illərə aid olduğu müəyyən edilib.

Qəbirin içərisində alimlər bir neçə insana məxsus qalıqlar, eləcə də çoxsaylı zinət əşyaları tapıblar. Layihə rəhbəri, arxeoloq Culia Mayonun sözlərinə görə, burada dəfn olunan əsas şəxs yerli elitanın nümayəndəsi olub. Onun ətrafına yarasa və timsah təsvirləri olan qızıl əşyalar düzülüb.

El-Kanyoda indiyədək ən azı doqquz oxşar qəbir aşkarlanıb. Alimlər hesab edirlər ki, bu ərazi təxminən 200 il ərzində elit nekropol kimi istifadə olunub. Tapılan qızıl məmulatlar həmin dövrdə yaşayan insanların yüksək metallurgiya biliklərinə və qiymətli resurslara çıxış imkanına malik olduqlarını göstərir.

Şərhlər (0)

Şərh yaz