ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi əməliyyatı yüksək qiymətləndirib.
King.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına açıqlamasında danışıb.
O bildirib ki, 48 lider öldürülüb.
Ağ Ev rəhbəri əməliyyatın uğuruna əvvəldən çoxlarının inanmadığını vurğulayıb. Trampın sözlərinə görə, ABŞ-nin İrana qarşı əməliyyatı "qrafiki qabaqlayaraq" davam edir.
Neft qiymətləri ilə bağlı suala cavab verən Tramp bildirib ki, onu heç nə narahat etmir: "Mən sadəcə düzgün hesab etdiyim işi görürəm, nəticədə hər şey alınır", - deyə o əlavə edib.