ABŞ Qrenlandiya üzərində nəzarətin əldə olunacağı ilə bağlı nikbin mövqedədir.
King.Az kp.ru-ya istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.
Onun sözlərinə görə, Vaşinqton adaya nəzarətin qurulması istiqamətində işi davam etdirir və bu proses müxtəlif kanallar vasitəsilə aparılır.
"Bu məsələ digər kanallar vasitəsilə həll olunmağa çalışılır. Lakin düşünürəm ki, bunun uğurla nəticələnəcəyinə inanmaq üçün əsaslarımız var", - deyə Kolbi bildirib.
O həmçinin Avropa ölkələrini müdafiə imkanlarını gücləndirməyə çağırıb. Kolbinin sözlərinə görə, ABŞ Ukraynanın müdafiəsinin gücləndirilməsində maraqlıdır və Avropa Kiyevlə bağlı vəziyyətdən asılı olmayaraq hərbi hazırlığını artırmalıdır.
Pentaqon rəsmisi qeyd edib ki, ABŞ Avropa İttifaqına silah satışını nəzərdə tutan proqramın hazırlanmasında mühüm rol oynayıb.