İsveçin Mərkəzi Bankı - "Riksbank" müharibə və digər böhran halları üçün vətəndaşlara tövsiyələr verib.
King.Az bankın saytına istinadən xəbər verir ki, xüsusilə, hər bir yetkin şəxs üçün evdə 1 000 İsveç kronu (təxminən 110 ABŞ dolları) saxlanılması tövsiyə olunub.
Bankın bəyanatında bildirilir ki, bu məbləğ təxmini hesablanıb və bir həftəlik həyati vacib alışlar üçün nəzərdə tutulub.
Digər tövsiyələr arasında müxtəlif banklara və ödəniş sistemlərinə aid kartlara sahib olmaq, kartlar işləmədiyi halda istifadə üçün mobil ödəniş xidmətlərini aktivləşdirmək, yalnız smartfonla deyil, fiziki kart və PIN-kod vasitəsilə də ödəniş edə bilmək üçün kartları və PIN-kodları əl altında saxlamaq da yer alıb.
Oxşar Mövzular
Özbəkistanda şirlər 44 yaşlı kişini parçaladılar
18-12-2024, 00:17
Tramp özünün İsa Məsihə bənzədilən şəklini paylaşdı
13-04-2026, 12:18Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
17-12-2024, 13:49