0
Cümə axşamı
Mar 05

Tramp Çinə görə Avropa ölkələrinə söz atdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp Çinin külək turbinləri satdığı Avropa ölkələrinin hökumətlərini "südəmər insanlar" adlandırıb.

King.Az xəbər verir ki, o bu barədə Ağ Evdə texnologiya şirkətlərinin nümayəndələri ilə görüşündə deyib.

Bərpaolunan enerji mənbələrindən danışan D.Tramp bildirib ki, Administrasiya ABŞ-də külək elektrik stansiyalarının tikintisinə sanksiya vermək niyyətində deyil. Xəbərə görə, o bu qərarı bütün külək turbinlərinin Çində istehsal olunması məlumatına istinadən verib.

"Amma problem ondadır ki, onların külək turbinləri yoxdur. Çin onları istehsal edir və Avropadakı axmaqlara satır. Avropa isə külək turbinlərini minlərlə dollara alır. Mən üç ildir ki, onlara bundan yaxşı bir şey çıxmayacağını deyirəm və indi onlar haqlı olduğumu etiraf etməyə başlayıblar", - deyə ABŞ Administrasiyasının rəhbəri bildirib.

Xatırladaq ki, Ağ Ev rəhbəri əvvəllər dəfələrlə yaşıl enerjini tənqid etmiş və ABŞ-də kömürlə işləyən elektrik stansiyalarının və nüvə elektrik stansiyalarının genişmiqyaslı tikintisini bərpa edəcəyinə söz vermişdi.

Şərhlər (0)

Şərh yaz