0
Cümə axşamı
Mar 05

İran rejimi həddini aşarsa, cənubi azərbaycanlılar nə kimi addım ata bilərlər?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Cənubi azərbaycanlı mütəxəssis Elyar Türker İranın son dövrlərdəki hərəkətlərini və bölgədə yaratdığı gərginliyi kəskin şəkildə tənqid edib. E.Türkerin Baku TV-yə açıqlamalarına görə, İran rejimi siyasi və hərbi idarəçilik olmaqla bölgə ölkələrini təhdid etməkdə davam edir.

O, İranın son zamanlarda həm Azərbaycana, həm də Türkiyəyə qarşı təhdidlər irəli sürdüyünü, xüsusilə də Naxçıvan bölgəsindəki son hücumları vurğulayıb.

"İran, sadəcə, bu gün deyil, İkinci Qarabağ müharibəsində də Ermənistanın yanında yer aldı. "Barış bulağı" əməliyyatı zamanı da Türkiyənin deyil, Bəşər Əsədin yanında oldu. Hər iki halda da Güney Azərbaycan türkləri, yəni 35 milyon nəfərlik bir millət Azərbaycan və Türkiyənin yanında durdu", - deyə ekspert qeyd edib.

E.Türker İran rejiminin hərəkətlərinin bölgə üçün ciddi təhlükə yaratdığını və xüsusilə, Güney Azərbaycan türklərinin öz haqlarını qorumaq üçün fəallaşmalarını gözlədiklərini bildirib: "Əgər İran rejimi həddini bir az daha aşarsa, Güney Azərbaycan türkləri meydana çıxacaq, Azərbaycanın və Türkiyənin yanında duracaqlar".

Ekspert İranın bu təhdid və təcavüzkar hərəkətlərinin bölgədə sülh və sabitlik üçün ciddi bir təhlükə olduğunu və bu siyasətin uğursuz olacağını vurğulayıb.

Şərhlər (0)

Şərh yaz