"Bu gün İran dronlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu adi hadisə deyil".
King.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ukrayna Ali Radasının hakim "Xalqın xidmətçisi" partiyasından deputatı Yuri Kamelçuk deyib.
O deyib ki, belə bir hal ukraynalılar üçün ağrılı dərəcədə tanış görünür:
"Hər gecə Kiyevi və Odessanı hədəf alan eyni İran texnologiyaları indi Qafqazda mülki obyektlərə - hava limanına və məktəbə zərbə endirirlər", - deyə Y.Kamelçuk vurğulayıb.
Deputat qeyd edib ki, İran "neytral oyunçu" maskasını tamamilə ataraq dünyəvi, suveren dövlətə qarşı birbaşa təcavüzə keçib.
O vurğulayıb ki, bu, dünyanın böyük müharibəyə diqqətini yönəltdiyi bir vaxtda Cənubi Qafqazı sabitsizləşdirmək üçün birbaşa cəhddir.
Oxşar Mövzular

Manuel Noyerin "Bavariya"dakı gələcəyi ilə bağlı açıqlama verilib
19-01-2026, 15:58Dj Rahim - клубная музыка “ MIDNIGHT HØT “ | Club Mix 2024
27-03-2025, 23:22