İran İslam Respublikasının Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu Azərbaycan suverenliyinin açıq-aydın pozulmasıdır.
King.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Sözçü BMT baş katibinin baş verənlərlə bağlı narahatlığını dilə gətirib:
"Biz Azərbaycan ərazisinə edilən dron hücumundan aşkar şəkildə çox narahatıq və ciddi təşviş keçiririk. Bu, Azərbaycanın suverenliyinin açıq-aydın pozulmasıdır", - deyə o bildirib.
S.Düjarrik İranı beynəlxaq hüquqa və BMT nizamnamələrinə əməl etməyə çağırıb.
Oxşar Mövzular
"Skype" işini dayandırır
2-05-2025, 11:03İsrail HƏMAS-a girovların azad edilməsi üçün yeni plan təqdim etdi
23-03-2025, 20:40