0
Cümə
Mar 06

Tramp kürdlərin İrana qarşı hərbi əməliyyata qoşulmalarını istədiyini təsdiqləyib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp kürdlərin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması ideyasını dəstəklədiyini təsdiqləyib.

King.Az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Reuters" agentliyinə müsahibəsində danışıb və kürd silahlı birləşmələrinin İrana qarşı kampaniyada mümkün iştirakını şərh edib.

"Hesab edirəm ki, onların bunu etmək istəmələri çox gözəldir", - deyə siyasətçi bildirib.

Tramp ABŞ-nin belə bir halda kürdlərə hava dəstəyi verib-verməyəcəyi barədə sualı isə cavabsız qoyub.

"Bunu sizə deyə bilmərəm", - deyə ABŞ lideri əlavə edib.

Şərhlər (0)

Şərh yaz