BMT-nin Azərbaycandakı müvəqqəti rezident-koordinatoru İqor Qarafuliç Azərbaycana təşəkkür edib.
King.Az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd olunub ki, Qarafuliç BMT əməkdaşları və onların ailə üzvlərinin İrandan təxliyəsi ilə bağlı operativ dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik və Mühafizə Departamentinin 18 nümayəndəsi İrandan Azərbaycan vasitəsilə təxliyə edilib.
Oxşar Mövzular
Tanınmış reper Akon paytaxtda solo konsert verib
14-10-2024, 01:09"Ankaragücü" Renat Dadaşovla yollarını ayıra bilər
17-01-2025, 13:59