0
Cümə
Mar 13

İran Dubay Beynəlxalq Maliyyə Mərkəzini vurdu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İran Dubay Beynəlxalq Maliyyə Mərkəzinə (DIFC) pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

King.Az xəbər verir ki, bu barədə "Nour News" məlumat yayıb.

Xəbərə görə, zərbələr biznes məkanındakı bir binaya dəyib. Hücumdan sonra şəhərin üzərini qatı tüstü bürüyüb.

Qeyd edək ki, Dubay Beynəlxalq Maliyyə Mərkəzi qlobal bankların, fondların və şirkətlərin ofislərinin yerləşdiyi əsas biznes rayonlarından biridir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Şərhlər (0)

Şərh yaz