0
Cümə
Mar 13

ABŞ-də sinaqoqa hücum edən şəxsin kimliyi məlum olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin Miçiqan ştatında sinaqoqa hücumu törədənin 41 yaşlı livanəsilli şəxs olduğu müəyyən edilib.

King.Az-ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Ayman Məhəmməd Qəzali 2011-ci il mayın 10-da ABŞ vətəndaşının həyat yoldaşı kimi immiqrant vizası ilə ölkəyə daxil olub. O, 2015-ci il oktyabrın 20-də naturalizasiya üçün müraciət edib və 2016-cı il fevralın 5-də ABŞ vətəndaşlığı alıb.

Xatırladaq ki, ötən gün ABŞ-nin Miçiqan ştatında ən böyük islahatçı (reformist) sinaqoquna avtomobillə hücum edilib. Avtomobildən düşən tüfəngli şəxslə obyektdəki mühafizəçilər arasında atışma baş verib. Atışma nəticəsində hücumçu ölümcül yaralanıb.

Şərhlər (0)

Şərh yaz