0
Cümə
Mar 13

Netanyahu: "İranın bir neçə nüvə alimi öldürülüb"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin hücumları nəticəsində İranın bir neçə nüvə aliminin həlak olduğunu bildirib.

Oxu. Az xəbər verir ki, bu barədə "Al Jazeera" televiziya kanalı məlumat yayıb.

Hökumət rəhbəri İran üçün azadlığa aparan yeni bir yolun yaxınlaşdığını və respublikanın gələcəyinin vətəndaşlarından asılı olduğunu bildirib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Şərhlər (0)

Şərh yaz