Almaniyanın kimya müəssisələri Yaxın Şərqdə cərəyan edən hərbi münaqişələrin fəsadları səbəbindən istehsal həcmini aşağı salmağa məcbur olub.
King.Az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayımlayıb.
Məlumata əsasən, Almaniyanın kimya sektoru rəhbərləri xəbərdarlıq edirlər ki, regiondakı gərginliyin təsirləri ölkənin iqtisadiyyatında özünü göstərir. Bir çox müəssisələr tədarük zəncirinin qırılması və enerjidaşıyıcılarının qiymətlərinin sürətlə artması ucbatından istehsalı məhdudlaşdırmaq məcburiyyətində qalıblar.
Almaniya Kimya Assosiasiyası rəsmilərinin fikrincə, mühüm xammal və yarımfabrikatların beynəlxalq dəniz daşımalarındakı ləngimələr dərin böhranlara yol açır və qitənin sənaye özəyində növbəti sənaye böhranı riskini gücləndirir.
Maşınqayırmadan başlayaraq əczaçılıq və aqrar sektora qədər gündəlik istehlak məhsulları hazırlayan Almaniya sənayesi müxtəlif istiqamətlərdə maneələrlə qarşılaşmaqdadır.
Daha bir neqativ faktor kimi Avropada təbii qazın qiymətinin yüksəlməsidir. Yaxın Şərqdəki toqquşmalar eyni zamanda Asiyadan tədarük edilən aralıq məhsulların həcmini kiçildir və Almaniya ərazisindəki istehsal xətlərinin dayanması təhlükəsini formalaşdırır.
Oxşar Mövzular
