0
Şənbə
Mar 14

Amsterdamda yəhudi məktəbində partlayış oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbində partlayış qeydə alınıb.

King.Az xəbər verir ki, bu barədə "AD News" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə martın 14-nə keçən gecə baş verib. Polis əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəliblər. Şəhərin meri Femke Halsemanın sözlərinə görə, partlayış zamanı dəyən ziyan böyük olmayıb.

O qeyd edib ki, polis baş verənləri yəhudi icmasına qarşı məqsədyönlü hücum kimi araşdırır.

"Məktəb uşaqların rahat şəkildə dərs aldığı, Amsterdam yəhudilərin təhlükəsiz yaşaya biləcəyi yer olmalıdır", - deyə şəhər meri bildirib.

Şərhlər (0)

Şərh yaz