0
Çərşənbə axşamı
Mar 17

ABŞ tarixində ən böyük kiberhücumlardan biri: Onminlərlə cihazın məlumatları risk altındadır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin tibbi avadanlıq sahəsində aparıcı şirkətlərindən biri olan "Stryker" genişmiqyaslı haker hücumu ilə üzləşib.

King.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

İddia olunur ki, bu, ABŞ tarixində müharibə dövrünü əhatə edən ən böyük kiberhücumdur. Hadisənin Yaxın Şərqdə münaqişənin kəskinləşdiyi bir vaxtda baş verməsi diqqət çəkib.

Məsuliyyəti ABŞ rəsmiləri və kibertəhlükəsizlik mütəxəssislərinin Tehranla əlaqələndirdiyi "Handala" haker qruplaşması öz üzərinə götürüb. Məlumata görə, hakerlər ABŞ, İrlandiya və Avstraliya da daxil olmaqla, şirkətin dünya üzrə onminlərlə cihazının uzaqdan idarəetmə sisteminə giriş əldə ediblər. Onların məlumatları silmək imkanı qazandıqları bildirilir.

Dünyanın 61 ölkəsində təxminən 56 min işçisi olan "Stryker" rəhbərliyi əməkdaşlarına şəxsi cihazlardan iş hesablarını və uzaqdan giriş tətbiqlərini dərhal silməyi tövsiyə edib. Qeyd edək ki, şirkət oynaq implantları və cərrahi əməliyyatlar üçün robotlaşdırılmış sistemlərin istehsalında ixtisaslaşıb. Bu səbəbdən şirkətin sistemlərindəki hər hansı nasazlıq tibb sektoru üçün kritik təhlükə yarada bilər.

Şərhlər (0)

Şərh yaz