0
Çərşənbə axşamı
Mar 17

Şri-Lankada sərt qənaət rejimi: İş günlərinin sayı azaldıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Şri-Lanka hökuməti Yaxın Şərqdəki gərginlik fonunda enerji resurslarına qənaət etmək məqsədilə müvəqqəti olaraq dördgünlük iş həftəsi tətbiq edib.

King.Az bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Qərara əsasən, bundan sonra məktəblər, universitetlər və bir sıra digər dövlət qurumları üçün çərşənbə günü əlavə istirahət günü hesab olunacaq.

Bundan əlavə, rəsmi qurumlar dövlət qulluqçularını mümkün qədər işə getməkdən çəkinməyə və yanacağa qənaət etmək üçün distant (məsafədən) iş formatına üstünlük verməyə çağırıb. Martın 15-dən etibarən ölkədə yanacaq limitləri də tətbiq edilib. Belə ki, fərdi avtomobil sahiblərinə həftədə 15 litr, ictimai nəqliyyat sürücülərinə isə maksimum 200 litr yanacaq almağa icazə verilir.

Hazırkı ehtiyatların təxminən altı həftəyə yetəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, Şri-Lanka enerji ehtiyaclarını ödəmək üçün əsasən Yaxın Şərqdən idxal edilən neftdən asılıdır.

Şərhlər (0)

Şərh yaz