0
Cümə
Mar 20

Populyar "Labubu" oyuncağı ekranlaşdırılır: Yeni filmin rejissoru məlum olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Paddinqton" və "Vonka" kimi uğurlu ekran əsərlərinin müəllifi, tanınmış britaniyalı rejissor Pol Kinq son illərin qlobal trendinə çevrilən "Labubu" oyuncağı barədə yeni film üzərində işləməyə hazırlaşır.

King.Az "Deadline" nəşrinə istinadən xəbər verir ki, yeni layihə real kadrlarla animasiya elementlərinin vəhdətindən ibarət olacaq.

Film Çinin məşhur "Pop Mart" oyuncaq istehsalçısı ilə "Sony Pictures" kinoşirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələcək. Ekran işinin ssenarisini isə Stiven Levinson qələmə alır.

Qeyd edək ki, rejissor Pol Kinq indiyədək lentə aldığı uğurlu layihələri ilə dünya şöhrəti qazanıb. Onun yaradıcılığına "Qüdrətli Buş" (The Mighty Boosh) komediya serialı, məşhur "Paddinqton" animasiya filmləri və baş rolunu Timoti Şalamenin canlandırdığı "Vonka" (Wonka) musiqili filmi daxildir. "Labubu" personajının da Pol Kinqin yaradıcı toxunuşu ilə böyük ekranlarda uğur qazanacağı gözlənilir.

Şərhlər (0)

Şərh yaz