0
Çərşənbə
Mar 25

KİV: Tudor 38 günlük işdən sonra "Tottenhem"dən ayrıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İqor Tudor "Tottenhem"in baş məşqçisi postunu tərk edib.

King.Az bu barədə "Team Talk" portalına istinadən xəbər verir.

Mütəxəssis London klubuna 2026-cı il fevralın 14-dən rəhbərlik edirdi və cəmi 38 gün çalışıb.

Onun rəhbərliyi altında komanda yeddi oyun keçirib, bu matçların yalnız birində qələbə qazanıb, birində heç-heçə edib və beşində məğlub olub.

"Tottenhem" 31 oyundan sonra 30 xal toplayıb və İngiltərə Premyer Liqasında 17-ci pillədə qərarlaşıb.

Şərhlər (0)

Şərh yaz