0
Cümə axşamı
Mar 26

İsmayıllıda 55 yaşlı kişi texniki spirt içdi, vəziyyəti ağırdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsmayıllı rayonunda 55 yaşlı kişi spirtli içkidən zəhərlənib.

King.Az-ın məlumatına görə, hadisə İsmayıllı şəhərində baş verib.

Belə ki, şəhər sakini, 1971-ci il təvəllüdlü Elşən Dəmirov yaşadığı evdə xeyli miqdarda texniki spirt içib. O, ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. E.Dəmirovun vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, E.Dəmirov spirtli içki aludəçisi olub və bu səbəbdən texniki spirt içib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər (0)

Şərh yaz