İran təhlükəsizlik qüvvələrində yüksəkvəzifəli mənbə bildirib ki, Hörmüz boğazında hər hansı hərbi əməliyyat onun qeyri-müəyyən müddətə tam bağlanmasına səbəb olacaq.
King.Az "Tasnim"ə istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, ABŞ İrana qarşı quru əməliyyatına başlasa, Tehran "tam simmetrik cavab" vermək hüququna malik olacaq.
Bu açıqlama "The Wall Street Journal" qəzetinin Pentaqonun Yaxın Şərqə əlavə olaraq təxminən 10 min hərbçi göndərmə planları barədə məlumatı fonunda səsləndirilib.
Eyni zamanda, "Bloomberg" mənbələrə istinadən bildirir ki, Vaşinqtonun yaxın perspektivdə İranda quru əməliyyatı planı yoxdur, lakin ABŞ Prezidenti Donald Tramp mövqeyini dəyişə bilər.
Oxşar Mövzular
Leyla Əliyeva Torpaq çərşənbəsi ilə bağlı paylaşım etdi
18-03-2025, 16:28Prezident İlham Əliyev hərbi paradla bağlı paylaşım edib
9-11-2025, 14:56"Şamaxı" klubu heyətini ukraynalı müdafiəçi ilə gücləndirmək istəyir
13-01-2025, 19:02