0
Bazar ertəsi
Mar 30

Netanyahu patriarxın Yerusəlim məbədinə buraxılmamasını izah etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimin Latın patriarxı Pyerbattista Pitsaballanın Müqəddəs Məzar Kilsəsinə buraxılmamasının yalnız təhlükəsizlik məsələləri ilə bağlı olduğunu bildirib.

King.Az "Ynet"ə istinadən xəbər verir ki, qərarın arxasında hər hansı "pis niyyət" olmayıb və bu addım bölgədə davam edən atışmalar fonunda qəbul edilib.

Qeyd olunub ki, Pasxa ərəfəsində təhlükəsizlik xidmətləri dini liderlərin yaxın günlərdə ibadətləri yerinə yetirməsi üçün plan hazırlayır.

Xatırladaq ki, martın 29-da İsrail polisi patriarx Pitsaballa və Müqəddəs Torpaq Kustodiyasının rəhbəri Françesko Yelponu Müqəddəs Məzar Kilsəsinə buraxmayıb. Hadisə beynəlxalq narazılığa səbəb olub.

Şərhlər (0)

Şərh yaz