ABŞ-də bir qallon (təxminən 3.7 litr) benzinin orta qiyməti 4 dolları keçib. Bu, 2022-ci ilin avqust ayından bəri rekord həddir.
King.Az xəbər verir ki,bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən "GasBuddy" portalı məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin şərq sahili vaxtı ilə saat 20:45-ə (Bakı vaxtı ilə çərşənbə axşamı 04:45 - red.) olan məlumata əsasən, "Regular" markalı benzinin bir qallonu 4.01 dollara bərabərdir. Yanacağın ən baha satıldığı ərazi isə Kaliforniya ştatıdır, belə ki, burada alıcılar bir qallon benzin üçün 5.86 dollar ödəməlidirlər.
Oxşar Mövzular
"Liverpul"un sabiq israilli futbolçusunun evinə bomba atıldı
9-04-2025, 14:18Bakıda 20 yaşlı oğlanı avtomobil vuraraq öldürüb
22-10-2024, 13:56CELT Tədris və İnkişaf Mərkəzi "Tələbə Plus" kartı layihəsinə qoşuldu
18-02-2025, 13:56