0
Çərşənbə
Apr 01

Tramp: "NATO mənə heç vaxt təsir etməyib"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) İrana qarşı hərbi əməliyyata köməyindən imtina etməsi səbəbindən NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünü bildirib.

King.Az-ın xəbərinə görə, bu barədə Ağ Ev lideri "The Telegraph"a müsahibəsində deyib.

"NATO mənə heç vaxt təsir etməyib. Mən həmişə onların "kağız pələnglər" olduğunu bilirdim. Putin (Rusiya prezidenti) də bunu bilir", - deyə ABŞ lideri əlavə edib.

Xatırladaq ki, aprelin 1-də ABŞ dövlət katibi Marko Rubio "Fox News"a verdiyi müsahibədə NATO müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatda ABŞ-yə kömək etməkdən boyun qaçırması ilə bağlı şərh verib. Bildirib ki, Ağ Ev NATO-nun ABŞ üçün dəyərini yenidən nəzərdən keçirməlidir. Diplomatın sözlərinə görə, ABŞ son mərhələyə qədəm qoyan İran müharibəsinin bitməsindən dərhal sonra NATO-nun əhəmiyyətini yenidən qiymətləndirə bilər.

Şərhlər (0)

Şərh yaz