0
Cümə
Apr 03

ABŞ-nin enerji blokadası fonunda Kubada kütləvi amnistiya

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Kuba hökuməti ABŞ-nin enerji blokadası fonunda 2 100 məhkumu əfv edib.

King.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin "Granma" nəşri məlumat yayıb.

Amnistiya aktı yaxşı davranış nümayiş etdirən və ya xroniki xəstəlikləri olan məhkumlara şamil edilib.

Əfv qərarı Katolik Böyük Cümə gününə təsadüf edib. Qəzetin yazdığına görə, bu, ölkənin cinayət hüququnda "standart humanitar praktika" hesab olunur.

Azad edilənlər arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, şərti azadlığa buraxılmaq üçün tələb olunan müddəti çəkmiş məhkumlar, eləcə də əcnəbilər və xaricdə yaşayan Kuba vətəndaşları var.

Bununla belə, pedofiliya, qətl, oğurluq kimi cinayətlərə görə məhkum edilənlərə, həmçinin qanunu təkrar pozanlara əfv tətbiq edilməyib. Bu, 2026-cı ildə ikinci və hakimiyyətin təxminən 11 min nəfəri azadlığa buraxdığı 2011-ci ildən bəri beşinci amnistiyadır.

Şərhlər (0)

Şərh yaz