Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.
King.Az xəbər verir ki, bu barədə onun oğlu Ayk Balayan məlumat verib.
Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və "Miatsum" ("birləşmə") şüarının müəlliflərindən biri olan Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsəri ilə ermənilər arasında məşhurlaşıb.
Kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O həmçinin kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Terrorçu 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun da sifarişçisi olub.
Oxşar Mövzular

Xəzəri üzərək keçən britaniyalı səyyah 28 ildən sonra evə qayıdır
8-01-2026, 11:30Hindistanda 14 yaşlı qız on gün ərzində iki dəfə zorla evləndirildi
27-09-2025, 15:32