Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın "Hizbullah" hərəkatı ilə birlikdə İsrail ərazisindəki bir neçə hərbi hədəfi məhv etmək üçün qanadlı raketlərdən, dronlardan istifadə etməklə birgə döyüş əməliyyatı keçirib.
King.Az TASS-a istinadən xəbər verir ki, bu iddia ilə husilərin hərbi nümayəndəsi Yəhya Saria çıxış edib.
Onun sözlərinə görə, birgə əməliyyat hədəflərinə uğurla nail olub. Saria, həmçinin təsdiqləyib ki, "Ənsar Allah" qələbəyədək hərbi əməliyyatları davam etdirəcək.
Oxşar Mövzular

Ramazan ayının beşinci gününün İmsak, İftar vaxtları və Duaları
23-02-2026, 00:16