ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında normal gəmiçiliyin bərpasını çox böyük prioritet adlandırıb.
King.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
"Deyərdim ki, bu, çox böyük prioritetdir, çünki bu məsələ bir az fərqlidir - biz onları istədiyimiz kimi bombalaya bilərik, dağıdıcı zərbə endirə bilərik. Boğazı bağlamaq üçün bir terrorçu və yük maşını kifayətdir, çünki dəniz minalarını böyük yük maşınlarında daşımaq olar. Dəniz minasını suya atmaq kifayətdir, bundan sonra gəl, bir milyard dollar dəyərində olan gəmilərin sahiblərini minalardan narahat olmamağa inandır", - deyə amerikalı lider qeyd edib.
ABŞ prezidenti Vaşinqtonun Hörmüz boğazını nəzarətə götürə və keçidə görə müstəqil şəkildə ödəniş tələb edə biləcəyini istisna etməyib. "Bizim ödəniş tələb edəcəyimiz bir konsepsiyamız var", - deyə Tramp vurğulayıb.