Ukraynanın müdafiə naziri Mixaylo Fedorov almaniyalı həmkarı Boris Pistorius ilə telefon danışığı aparıb.
King.Az "European Pravda" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı tərəflər lazer silahları sahəsində əməkdaşlıq perspektivləri də daxil olmaqla birgə layihələri müzakirə ediblər.
Nazirlik qeyd edib ki, tərəflər arasında hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, eləcə də uzaqmənzilli dronların istehsalı üçün əlavə maliyyələşdirməyə dair fikir mübadiləsi aparılıb.
Nazirlər həmçinin innovativ lazer silahları sahəsində əməkdaşlıq perspektivlərinə də toxunublar.
Oxşar Mövzular
Ötən il 676 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib
13-05-2025, 12:22
KİV: Venesuela Aleks Saabı ABŞ-yə verməyə hazırlaşır
14-03-2026, 16:56ABŞ ilə Ukrayna arasında vacib sənəd gələn həftə imzalana bilər
27-03-2025, 13:54