0
Bazar ertəsi
Apr 13

Donald Tramp Roma Papasını tənqid etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid edib.

King.Az xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" hesabında paylaşım edib.

Onun fikrincə, o, Ağ Evə rəhbərlik etməsəydi, pontifik də hazırda Vatikanda olmazdı. D.Tramp qeyd edib ki, o, Papanın İranın nüvə silahına ehtiyacı olduğuna inanmasını istəmir.

"ABŞ-nin Venesuelaya hücumunu qorxunc hal kimi qəbul edən Papa mənə lazım deyil. Həmçinin, mən Roma Papasının Birləşmiş Ştatların prezidentini tənqid etməsini də istəmirəm", - deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Roma Papası İranda döyüş əməliyyatlarını sonlandırmağa və böhranın sülh yolu ilə nizamlanmasına çağırış edib. O cümlədən, pula və özünə pərəstişi, eləcə də güc nümayiş etdirməyi qınayıb. Qərb mətbuatı bu sözlərin arxasında ABŞ prezidentinə yönəlmiş mesaj olduğunu ehtimal edir.

Şərhlər (0)

Şərh yaz