Bu ilin ilk 3 ayında 4 subay şəxs övladlığa uşaq götürüb.
King.Az "Report"a istinadla xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin hər biri qadındır.
Qeyd edək ki, 2019-cu ildən indiyədək ümumilikdə 859 uşaq övladlığa verilib. Bu ilin ilk 3 ayı ərzində 40 uşaq övladlığa verilib. Onlardan 19-u qız, 21-i oğlandır. Yaş bölgüsünə görə, övladlığa verilən uşaqlardan 28-i 0-6 yaş, 8-i 7-11 yaş, 4-ü isə 12-18 yaş aralığındadır.
Oxşar Mövzular
2025-ci ili ilk qarşılayan ölkənin adı məlum oldu
31-12-2024, 22:17
"Barselona" ingilis futbolçunu transfer etdi
30-05-2026, 14:50