İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşüb.
King.Az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, iranlı diplomat regional məsləhətləşmələrdə iştirak etmək üçün Pakistanda səfərdədir.
Qeyd edək ki, rəsmi Tehran Əraqçının Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüşməyəcəyini bəyan edib.
