0
Şənbə
Apr 25

Rumıniyada NATO-nun antidron sistemlərinin sınaqları keçirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Konstansa qraflığında yerləşən Kapu Midia poliqonunda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Rumıniya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Şərqi Feniks" hərbi təlimi baş tutub. Təlim çərçivəsində pilotsuz uçuş aparatları (PUA) əleyhinə müdafiə sistemləri yoxlanılıb.

King.Az-ın məlumatına görə, bu barədə "Radio Rumıniya" xəbər yayımlayıb.

Məlumatda bildirilir ki, "Şərqi Feniks 2026" təlimində bir sıra dronların zərərsizləşdirilməsi və ələ keçirilməsi ssenariləri icra olunub, lakin heç də bütün cəhdlər uğurla nəticələnməyib. Qeyd edək ki, bu, NATO-nun Müttəfiq Transformasiya Komandanlığının təşəbbüsü ilə baş tutan ilk belə manevrdir. Analoji təlimlərin gələcəkdə Latviya və Hollandiyada da təşkili planlaşdırılır.

Kapu Midia poliqonunda Rusiya və Ukraynada tətbiq olunan PUA-lara bənzər dronları elektron maneələr şəraitində belə müəyyən edərək məhv etmək qabiliyyətinə malik, ABŞ istehsalı olan "Merops" (Çoxspektrli Genişləndirilmiş Mənzilli Optik Nişan) sistemi yoxlanılıb. Yaxın gələcəkdə həmin sistemin Rumıniya silahlı qüvvələrinin arsenalına daxil ediləcəyi gözlənilir.

Təlimləri izləyən Rumıniyanın müdafiə naziri Radu Miruça bunu tarixi bir təcrübə adlandırıb: "Test edilən sistem əvvəllər həlli çətin olan bir çox ssenaridə yüksək effektivlik göstərdi. Yaxın günlərdə Müdafiə Qərargahı tərəfindən bu sistemin hava hücumundan müdafiə qüvvələrində istifadəyə verilməsi ilə bağlı müvafiq əmr imzalanacaq".

Şərhlər (0)

Şərh yaz