Yaxın Şərq münaqişəsinin həllində irəliləyişin olmaması səbəbindən qlobal bazarda neft qiymətləri bahalaşır.
King.Az xəbər verir bu barədə "İnterfaks" məlumat yayıb.
Bakı vaxtı ilə saat 9:15-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.07 dollar (1.97%) artaraq bir barel üçün 107.4 dollara çatıb. Əvvəlki sessiyada "Brent" markalı neftin qiyməti 0.26 dollar (0.25%) artaraq bir barel üçün 105.33 dollar olmuşdu.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.60 dollar (1.69%) artaraq bir barel üçün 96 dollara çatıb. Əvvəlki sessiyada WTI markalı xam neft 1.45 dollar (1.5%) ucuzlaşaraq bir barel üçün 94.4 dollar olub.
Xəbərdə bildirilir ki, ötən həftə "Brent" 17%, WTI isə 14% bahalaşıb.
Oxşar Mövzular
Maraqlı Hekayə
7-10-2024, 00:21Rastafair - Beyond
8-08-2025, 20:29
