ABŞ Konqresinin respublikaçı üzvü Tim Berçet Birləşmiş Ştatlar hökumətindən uçan naməlum obyektlər (UNO) haqqında məlumatların ictimaiyyətə açıqlanmasını tələb edib.
King.Az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Berçet qeyd edib ki, skeptiklər çox vaxt UNO-ları ABŞ, Çin və ya Rusiyanın məxfi texnologiyaları hesab edirlər. Lakin onun sözlərinə görə, əgər Çin və ya Rusiya ordusunda həqiqətən də bu cür aparatlar olsaydı, onlardan çoxdan istifadə edilərdi. Konqresmenin fikrincə, bu cür texnologiyalar ABŞ-yə da məxsus ola bilməz, əks halda ABŞ hərbçilərinin yarım milyard dollar dəyərində olan təyyarələrdə döyüşərək öz həyatlarını təhlükəyə atmasına ehtiyac qalmazdı.
Siyasətçi vurğulayıb ki, UNO-lar saatlarla səmada bir yerdə asılı qala, daha sonra şaquli şəkildə yuxarı qalxa və ya istənilən bucaq altında hücum həyata keçirə bilirlər. Berçet öz sözlərini təsdiqləmək üçün ona nəhəng sualtı obyekt barədə məlumat verən, lakin adının çəkilməsini istəməyən amerikalı admirala istinad edib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinin radarına düşən bu obyektin futbol meydançası böyüklüyündə olduğu və suyun altında saatda 300 kilometrdən çox sürətlə hərəkət etdiyi bildirilir. Konqresmen diqqətə çatdırıb ki, Pentaqonun sərəncamında nə ölçüsünə, nə də sürətinə görə buna bənzər heç bir texnika yoxdur.
Xatırladaq ki, aprelin 18-də yayılan məlumatlara görə, Donald Tramp uçan naməlum obyektlərə dair hökumət sənədlərinin tezliklə dərc olunacağına dair vəd verib.
Oxşar Mövzular
Biləsuvarda baş həkim həm də direktor oldu
5-04-2025, 16:52
