ABŞ-nin "Frontier Airlines" və "Avelo Airlines" kimi büdcə aviaşirkətləri ölkə administrasiyasından 2.5 milyard dollar məbləğində maliyyə dəstəyi almağı planlaşdırırlar.
King.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşrinin mənbələrə istinadən məlumat verib. Qeyd olunub ki, bunun müqabilində hökumətə həmin şirkətlərin səhmlərini almaq imkanı verən zəmanətlərin təqdim edilməsi nəzərdə tutulur.
Mənbələrin sözlərinə görə, aviadaşıyıcıların hesablamaları göstərir ki, cari ildə yanacaq üçün məhz bu qədər əlavə vəsait xərclənməli olacaq. Bu qiymətləndirmə 2026-cı ilin sonunadək yanacağın bir qallonunun (3.79 litr) qiymətinin 4 dollardan yuxarı qalacağı ilə bağlı proqnoza əsaslanır.
Bildirilib ki, bu müraciət ABŞ rəhbərliyinin "Spirit Airlines" şirkətinin ləğv edilməsinin qarşısını almaq məqsədilə ona ayrıca maliyyə köməyi göstərmək variantını nəzərdən keçirdiyi bir vaxtda edilib. WSJ-nin məlumatına əsasən, "Spirit Airlines" ABŞ hökumətinə büdcə daşıyıcısının aktivlərində böyük pay verə biləcək variantlar qarşılığında 500 milyon dollara qədər kreditin alınması üzrə danışıqlar aparır.
Oxşar Mövzular
Rəsmi Tehran: "ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"
14-06-2025, 13:57