0
Bazar ertəsi
May 25

Qalibaf yenidən İran parlamentinin sədri seçildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Məhəmməd Baqir Qalibaf yenidən İran parlamentinin sədri seçilib.

King.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Bildirilib ki, o, spiker vəzifəsini daha bir il müddətinə icra edəcək.

Parlamentin deputatlarının əksəriyyəti onun namizədliyini dəstəkləyiblər.

Xatırladaq ki, Qalibaf 2020-ci ildən etibarən İran parlamentinin rəhbəridir.

Şərhlər (0)

Şərh yaz