Avropa İttifaqı (Aİ) Şurası sanksiya siyahısına HƏMAS-ın siyasi bürosunun 10 üzvünü əlavə edib.
King.Az bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir.
"Məhdudlaşdırıcı tədbirlər artıq 21 fiziki şəxsə və üç təşkilata şamil olunur", - deyə Aİ Şurası bildirib.
Siyahıya daxil edilən şəxslərə qarşı Aİ ölkələrinə səfər qadağası və aktivlərin dondurulması tətbiq olunacaq. Bundan əlavə, onlara birbaşa və ya dolayı yolla maliyyə və iqtisadi resursların təqdim edilməsi də qadağan edilir.
Oxşar Mövzular
İtalyan qapıçının transfer məbləği PSJ-nin istədiyindən az olacaq
24-08-2025, 15:16Napoleon ordusunu məhv edən bakteriyalar müəyyən edildi
22-09-2025, 13:38
