0
Çərşənbə
İyn 10

Macarıstan-Qazaxıstan matçında gözlənilməz hadisə: Yüksəkdə quraşdırılan videokamera meydançaya düşdü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

King.Az-ın xəbərinə görə, bu barədə Sports.kz məlumat verib.

Məlumata görə, stadionun damının altında bərkidilmiş və kabel (tros) sistemi boyunca hərəkət edən kamera qəfildən alovlanıb, onu saxlayan kabeli yandırıb və daha sonra təxminən iyirmi metr hündürlükdən operatorun bir metr məsafəsində, Macarıstan komandasının isinmə zonasının yaxınlığında meydançaya düşüb.

Oyuna fasilə verilib və kameranın parçalanmış qalıqları meydançadan yığışdırılıb.

Qeyd edək ki, matç Macarıstan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Şərhlər (0)

Şərh yaz